Çaykovski axşamı: Sehrli Yeni il nağılları. Video instalyasiyalı konsert. Ars Caspia Ensemble

Çaykovski axşamı: Sehrli Yeni il nağılları. Video instalyasiyalı konsert. Ars Caspia Ensemble

Tədbir haqqında

Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı:  QR bilet

26 dekabr, Yeni il ərəfəsi, saat 20:30-da tarixi Kamera və Orqan Musiqisi Zalında Bakının böyük maraqla gözlədiyi unikal tədbir - sehrli video instalyasiyalarla Çaykovskinin Yeni il axşamı keçiriləcək. Bu formatda konsert şəhərdə ilk dəfə təqdim olunur -  onu qaçırmayın.

Sizi kirxaya, Çaykovskinin musiqisinin atmosferik video instalyasiyalarla harmoniyada səslənəcəyi, Yeni il öncəsi sehrli işıqla dolacaq canlı musiqi məkanına - Bakının bayram ruhunun mərkəzinə dəvət edirik. Zal “Şelkunçik”, “Qu gölü” və “Yatmış gözəl” baletlərinin melodiyaları ilə əks-səda verəcək. Qışı və Yeni ilin sehrini Pyotr İliç musiqisinin möcüzəsi olmadan təsəvvür etmək çətindir.

Bu axşam sizə bayram ab-havası, dərin hisslər və ölkənin ən sayılıb-seçilən musiqiçilərinin canlı ifasında şah əsərlərdən estetik zövq bəxş edəcək. Qədim kirxada canlanacaq video proyeksiyalar sizi əsl Yeni il nağılına aparacaq.

Çaykovskinin musiqisi, bayram proyeksiyaları və zalın unikal akustikası yaddaşınızda qorumaq istəyəcəyiniz o Yeni il gözləntisini doğuracaq.

⏰ Başlama vaxtı: 20:30

📍 Məkan: Kamera və Orqan Musiqisi Zalı (Kirxa) 28 may küç. ev.41

Konsertin təşkilatçısının adı - Ars Caspia- latın dilindən tərcümədə “Xəzər incəsənəti” deməkdir. Ars Caspia - Azərbaycanın ən yaxşı mədəni layihələrini öz qanadı altında birləşdirən şirkətdir.

Ars Caspia istedadlı musiqiçiləri, rəssamları və ifaçıları dünyaya tanıdaraq Azərbaycanın mədəni səhnəsinin üfüqlərini genişləndirir. Hər bir layihəmiz - Xəzər dənizi sahilində doğulan, keçmişlə bu gün, ənənə ilə ilham arasında qurulan bir dialoqdur.

Biz konsertlərimizi sadəcə olaraq dinləmək üçün deyil, onu birlikdə yaşamaq üçün yaradırıq.

🎶Ansambl - Ars Caspia Ensemble

Ars Caspia Ensemble  - beynəlxalq səviyyədə tanınmış görkəmli musiqiçiləri birləşdirən kollektivdir. Onların ustalığı, enerjisi və incə zövqü istənilən çıxışı unudulmaz emosional hadisəyə çevirir.

Ansamblın tərkibində Azərbaycanın tanınmış əməkdar artistləri yer almışdır:

Renata Abubekirova (birinci skripka) - Azərbaycan Opera və Balet Teatrının simfonik orkestrinin birinci skripkası, Neue Philharmonie München simfonik layihəsinin iştirakçısı. Fransa, Almaniya, İtaliya, Çin və digər ölkələrin orkestrlərinin tərkibində və solist kimi çıxış etmişdir.

Yuliya Motorina (ikinci skripka)  - Azərbaycan Respublikasının əməkdar  artisti, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin və Azərbaycan Opera və Balet Teatrının simfonik orkestrinin solisti.

Aleksey Miltıx (violonçel) - Azərbaycan Respublikasının əməkdar  artisti, Azərbaycan Dövlət Kamera Kvartetinin solisti. ABŞ, Almaniya, Fransa, Türkiyə və Cənubi Koreyada konsertlərdə iştirak etmişdir. Maestro Yuri Temirxanovun rəhbərliyi altında çalışmışdır,.

Rəna Rəhimova (alt) - Azərbaycan Respublikasının əməkdar artisti, Azərbaycan Opera və Balet Teatrının simfonik orkestrinin solisti, beynəlxalq müsabiqələrin laureatı.

Rəvan Əhmədzadə (kortrabas) - Qara Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin solisti, Respublika müsabiqələrinin laureatı, Azərbaycanda və xarici ölkələrdə bir çox konsert proqramları və festivalların solisti.

Ülviyyə Dadaşova (fortepiano) - respublika və beynəlxalq müsabiqələrin laureatı, Prezident təqaüdçüsü. Adı Azərbaycanın “Qızıl istedadlar kitabı”na yazılıb. Azərbaycanda və xaricdə keçirilən çoxsaylı konsert proqramları və festivalların solisti.

Bu -  yalnız ansambl deyil, bu - canlı musiqi enerjisinin yarandığı əsl yaradıcılıq laboratoriyasıdır.

🎼Proqram

  1. İ. Çaykovski – “Şelkunçik” baletindən süita
  2. İ. Çaykovski – “Qu gölü” baletindən səhnələr
  3. İ. Çaykovski – “Yatmış gözəl” baletindən vals
  4. İ. Çaykovski – “Fəsillər”

*Təşkilatçılar proqramda dəyişiklik etmək hüququnu özlərində saxlayırlar.

🎟️ Yer sayı məhduddur.

Dekabrın ən möhtəşəm musiqi tədbirini qaçırmamaq üçün biletlərinizi əvvəlcədən bron edin.

Yeni ilinizi gözəl başlayın. Çaykovskinin musiqisinin müşayiəti ilə. Ars Caspia ilə birlikdə 💙✨

Yaş məhdudiyyəti / Dil

6+
Çaykovski axşamı: Sehrli Yeni il nağılları. Video instalyasiyalı konsert. Ars Caspia Ensemble Çaykovski axşamı: Sehrli Yeni il nağılları. Video instalyasiyalı konsert. Ars Caspia Ensemble

Məkan yeri
28 May küçəsi 41, Bakı, Azərbaycan