Yasmin Levi — ispan dilində öz bəstələrini ifa etməsi ilə tanınan məşhur müğənnidir. O, yaradıcılığında Andalusiya flamenkosunun üslubunu etnik və müasir musiqi alətlərinin müşayiəti ilə birləşdirərək unikallığı ilə seçilir.
Onun 2005-ci ildə işıq üzü görən ilk albomu Romance & Yasmin BBC tərəfindən “Ən yaxşı debüt” nominasiyasında mükafatlandırılmışdır. Səfaradların qədim musiqi ənənələrinin yenidən canlandırılmasına həsr olunan sənətçinin qastrol qrafiki bu gün bir neçə il əvvəldən planlaşdırılır.
Yasmin Levinin — həm müğənni, həm də bəstəkar kimi — yaradıcılığı orta əsr səfarad musiqisi, flamenko ritmləri və türk folklorunun harmonik sintezidir. Onun səsi isə dinləyiciyə həqiqi musiqi həyəcanı yaşadan nadir ifalardandır.

20 ₼-dan
Biletlər satılıb
30 ₼-dan
8 ₼-dan
30 ₼-dan
4 ₼-dan