“Özgəyə Quyu Qazan” tamaşası heyvanlar aləmində cərəyan edən maraqlı və ibrətamiz bir hekayədən bəhs edir. Tamaşada şir, ayı, dovşan, tülkü və çaqqal kimi sevimli kukla obrazları iştirak edir. Hər biri fərqli xarakterə malik olan bu heyvanlar vasitəsilə tamaşa dostluq, dürüstlük və ədalət kimi dəyərləri uşaqlara çatdırır.
Tülkü və çaqqal hiylə və tamahla başqalarına tələ qurmağa çalışır, lakin sonda öz qurduqları quyuya düşürlər. Bu hadisə uşaqlara “pis niyyətli insanın sonu yenə öz tələsinə düşməkdir” mesajını çatdırır.
Rəngarəng dekorasiyalar, musiqi müşayiəti və canlı kukla oyunları ilə zəngin olan tamaşa həm əyləncəli, həm də tərbiyəvi məzmun daşıyır.

10 ₼-dan
10 ₼-dan
25 ₼-dan
5 ₼-dan
5 ₼-dan
10 ₼-dan