Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
Yaş həddi: 6+
Müəllif: Şarl Perro
Tərcümə edən: Ayla Osmanova
Quruluşçu rejissor: Ayla Osmanova
Baş rolların ifaçıları: Asya Atakişiyeva, Hökümə Rəhimzadə, Rəşad Səfərov, Xəyalə Qasımova, Xalidə Əliməmmədova, Ramiq Nəsirov, Ümman Budaqov, Natiq Fərzəliyev, Yusif Dadaşov
Janr: nağıl-tamaşa
Tamaşanın müddəti: 50 dəqiqə
Dünyanın hər yerində uşaqların çox sevdikləri bir nağıl qəhrəmanı var:
Zoluşka (Küllücə). Atası odunçu olan bu qız çox erkən yaşlarında anasını itirir. Atası iki qızı olan qadınla evlənir. Ögey ana ilk gündən Küllücəni incitməyə başlayır, bütün ev işlərini ona gördürür. Küllücə nə edirsə-etsin, ögey anasını razı sala bilmir.
Küllücənin yaşadığı ölkədə şahın oğlu özünün bəyəndiyi bir qızla evlənmək üçün sarayda şənlik təşkil edilir. Küllücənin ögey anası onu işlə yükləyib öz qızları ilə bu şənliyə gedir. Bundan pərt olan Küllücə göz yaşları içində ögey anasının tapşırıqlarını yerinə yetirməyə başlayır.
Bu zaman bir möcüzə baş verir: sehirli pəri gəlir. O, möcüzəli şəkildə qızın bütün işlərini görür. Sonra öz sehri ilə Küllücəyə gözəl paltar, ayağına büllur başmaq geyindirir, çapar atlı fayton təşkil edir. Küllücəyə xəbərdarlıq edir ki, "Gecə on ikidən əvvəl evə qayıtmalısan, yoxsa bütün sehr yoxa çıxar və səni
tanıyarlar"
Zoluşka ziyafət məclisinə daxil olan kimi hamı onu bəyənir, rəqsinə valeh olur. Şahzadə isə bu qıza aşiq olur və onunla evlənmək qərarına gəlir. Saatın zəngi Küllücəyə geri qayıtma vaxtını xatırladanda, o, tələsik şənlikdən uzaqlaşmağa çalışır. Bu zaman büllur başmağın bir tayı orada qalır. Şahzadə bu ayaqqabının
vasitəsi ilə Küllücəni tapır. Lakin ögey ana bu məqamda da hiylə və məkrindən əl çəkmir: nəyin bahasına olursa-olsun, şahzadənin onun qızı ilə evlənməsini istəyir. Ağıllı şahzadə ayaqqabının əsl sahibinin Küllücə olduğunu bilir və onunla evlənir.
Küllücə personajı xeyirxahlığın, ögey ana məkrin rəmzinə çevrilərək, uşaqlara mübarizlik, düzlük və sədaqət duyğularını tövsiyə edir.

10 ₼-dan
10 ₼-dan
25 ₼-dan
5 ₼-dan
5 ₼-dan
10 ₼-dan