Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR
Yaş hədii: 18+
Müəllif: Karel Çapek
Tərcümə edən: Əvəz Sadıq
Quruluşçu rejissor: Müşfiq Əliyev
Baş rolların ifaçıları: Zülfiyyə Alhüseynova, Anar Seyfullayev, Araz Pirimov, İlhan
Sadıqov, Mətləb Abuşov, Hüseyn Bayramov, Anar Səfiyev
Janr: psixoloji dram
Tamaşanın müddəti: 1 saat 20 dəqiqə
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının “ArtStudiya”
Teatr Studiyasında hazırlanmış çex dramaturqu Karel Çapekin “Sabahı
görməyənlər” (“Ana”) tamaşasında faşizmə qarşı mübarizə və müharibənin
gətirdiyi mənəvi sarsıntılar, iztirablar təsvir olunur. Tamaşanın qəhrəmanları
sabahı görmürlər, çünki müharibə hər bir canlı varlığı əjdaha kimi udur.
Tamaşa müharibənin Ana Doloresin ailəsini necə fəlakətə
sürükləməsindən və bu ailənin timsalında bütün bəşəriyyətin faciəsindən bəhs
edir.
Əvvəlcə həyat yoldaşını, sonra bütün övladlarını itirən Ana son ümid yeri
olan sonbeşiyi Tonini də vətəni müdafiəyə göndərir.
O, bununla demək istəyir ki, övladlar Şəhid olsalar da, təki Vətən sağ olsun,
bundan sonra heç bir ana gözüyaşlı qalmasın.
Tamaşanın ən böyük uğuru onun dramatizminin güclü və ideyasının bəşəri
olmasındadır. Biz bu tamaşa ilə müharibəyə “Yox!” deyirik.

10 ₼-dan
10 ₼-dan
25 ₼-dan
5 ₼-dan
5 ₼-dan
10 ₼-dan